Ərdoğan: "Türk axını" layihəsini Rusiya deyil, biz dayandırmışıq"

Ərdoğan: "Türk axını" layihəsini Rusiya deyil, biz dayandırmışıq"
17:27 5 Dekabr 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 dekabr. REPORT.AZ/ "Tələblərimizə cavab vermədiyi üçün "Türk axını" təbii qaz layihəsini biz dayandırmışıq".
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda "Türkiyə İnnovasiya həftəsi"nin bağlanış mərasimindəki çıxışında bildirib.
"Rusiyadan təbii qaz ixracı, Akkuyu Atom Elektrik Stansiyasının tikintisi layihəsi ilə bağlı hələlik probem yoxdur. İctimaiyyət arasında "Türk axını" layihəsinin Rusiya tərəfindən dayandırılması haqda xəbər yayılıb. Dəyərləri qardaşlarım, bu sayaq yanlış, yalan xəbərlərə inanmayın. Yayılan belə xəbərlərin tam əksinə, tələblərimizə cavab vermədiyi üçün "Türk axını" layihəsini biz dayandırmışıq.
Bütün bunlara baxmayaraq, biz Rusiya ilə mövcud gərginliyin diplomatik yolla həlli tərəfdarıyıq və bu məsələnin həllində səbrliyik", - o, vurğulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR