Bakı, 5 dekabr, AZƏRTAC
Uqandada “Google”un ilk wi-fi şəbəkəsi fəaliyyətə başlayıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, artıq paytaxt Kampalanın 120 yaşayış məntəqəsində internet xidmətləri aktivdir. Rəsmi statistika ölkə əhalisinin 23 faizinin (təxminən 8,5 milyon) internet istifadəçisi olduğunu göstərir.