“Bank of Baku” yeni “Bolkart” debet kartlarını müştərilərə təqdim edir

“Bank of Baku” yeni “Bolkart” debet kartlarını müştərilərə təqdim edir
17:18 6 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 dekabr, AZƏRTAC
“Bank of Baku” yeni “Bolkart” debet kartlarını müştərilərə təqdim edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu kartlar kredit xətti əvəzinə şəxsi vəsaitlərini istifadə etməyə üstünlük verən müştərilər üçün nəzərdə tutulub. Yəni bu kartlarla müştərilər şəxsi vəsaitindən ölkə ərazisində, internetdə və xaricdə rahat istifadə edə bilərlər. Debet kartları “Bolkart Gənc”, “Bolkart Ailə”, “Bolkart Gold”, “Bolkart Diamond” olaraq “MasterCard” və “Visa” ödəniş sistemləri platformasında hazırlanıb.
Yeni “Bolkart” debet kartına sahib olanlar şəxsi vəsaitləri ilə etdikləri alış-veriş və digər əməliyyatlara görə ödənilən məbləğin 15 faizədək hissəsini ballar şəklində qazanır. Bankın ödəniş terminallarında “Kartın doldurulması” menyusu vasitəsilə 24 saat ərzində balansı artırmaq mümkündür.
Həmçinin dekabrın 30-dək rəsmiləşdirilən “Bolkart” debet kartlarına endirimlər tətbiq olunur. İllik xidmət haqqı 15 AZN olan “Bolkart Gənc” kartını 5 AZN, 25 AZN olan “Bolkart Ailə” kartını isə 10 AZN ödəməklə almaq olar. Kartlar üzrə heç bir sığorta məbləği tələb edilmir. “Bolkart Kredit” kart istifadəçiləri paralel olaraq “Bolkart” debet kartını da sifariş edə bilərlər. Bu debet kartların rəsmiləşdirilməsi limitsiz olaraq 24 ay müddətinə AZN valyutasında həyata keçirilir.
Yeni debet kartları haqqında daha ətraflı məlumatı bankın 145 məlumat mərkəzindən, www.bolkart.az və www.facebook.com/bolkart səhifələrindən əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bank_of_Baku_yeni_Bolkart_debet_kartlarini_musterilere_teqdim_edir-908771

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR