Yalnız bir nəfərin meyiti çıxarılıb və ailəsinə təhvil verilib - SOCAR

Yalnız bir nəfərin meyiti çıxarılıb və ailəsinə təhvil verilib - SOCAR
17:27 6 Dekabr 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanlardan yalnız birinin meyiti çıxarılıb.

Milli.Az xəbər verir ki, SOCAR-dan APA-ya bildirilib ki, bu, 1965-ci il təvəllüdlü Həsənov Ramiz Nüsrəddin oğlunun cəsədidir.

R.Həsənovun cəsədi artıq ailəsinə təhvil verilib.

Qeyd edək ki, R.Həsənovun cəsədi dekabrın 4-də gecə gəmilər vasitəsilə dənizdən çıxarılıb.

"Bundan sonra heç bir cəsəd çıxarılmayıb", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, qəza nəticəsində itkin düşmüş 1975-ci il təvəllüdlü Həsənov Zaur Vahid oğlunun cəsədinin çıxarılması barədə məlumat həqiqətə uyğun deyil.   

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR