Qırğızıstan səfirliyi Azərbaycana başsağlığı verib

Qırğızıstan səfirliyi Azərbaycana başsağlığı verib
11:53 7 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Yelena Kosolapova - Trend:

Qırğızıstanın Bakıdakı səfiri Ayciqit Buranov "Günəşli" yatağındakə dəniz platformasında insanların ölümü ilə əlaqədar Azərbaycana başsağlığı verib. Bu barədə Trend Qırğızıstan səfirliyinə istinadən məlumat verir.

Məlumatda deyilir: "Qırğızıstan səfirliyi adından qardaş Azərbaycan xalqına, hökumətinə və bu dəhşətli hadisə nəticəsində ölən və itkin düşənlərin ailələrinə və yaxınlarına səmimi qəlbdən dəstəyimi bildirirəm. İtki ağrısını bölüşür və Azərbaycan xalqı ilə kədərlənirik. İtkin düşənlərin tezliklə tapılması üçün dua edirik".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR