“AzFinance İnvest” şirkəti ADİU-nun tələbələrinə təqaüd verəcək

“AzFinance İnvest” şirkəti ADİU-nun tələbələrinə təqaüd verəcək
18:53 7 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC 
“AzFinance İnvest” şirkəti Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələrinə seminar keçib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, seminarın əsas məqsədi tələbələrin təcrübə biliklərinin artırılması və gələcəkdə karyeralarını “AzFinance İnvest”də qurmaq imkanının əldə edilməsi olub.
Mütəxəssislər tələbələrə şirkətin fəaliyyət istiqamətləri, qiymətli kağızlar bazarındakı rolu, təcrübə və təqaüd proqramları haqqında məlumat veriblər.
Sonra tələbələrin qiymətli kağızlar bazarındakı bilik səviyyələrini müəyyənləşdirmək üçün test imtahanı keçirilib. İmtahanda yüksək nəticə əldə edən təcrübəçilərə şirkətin adlı təqaüdləri veriləcək.
Qeyd edək ki, tədbir ADİU ilə “AzFinance İnvest” şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq keçirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR