Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Draqan Çoviçdən

20:23 7 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Xəzər dənizinin Azərbaycana aid sularında yerləşən neft platformasında baş vermiş faciəli yanğın hadisəsindən çox məyus olduq.
Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Azərbaycan xalqına və Sizə dərin hüznlə başsağlığı verirəm.
Zati-aliləri, həlak olanların ailələrinə də başsağlığımızı və kədərimizi çatdırmağınızı xahiş edirik. Bu hüznlü vaxtda bizim düşüncələrimiz və dualarımız onlarla birlikdədir.
Yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Draqan Çoviç
Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri
Sarayevo, 7 dekabr 2015-ci il.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR