Türkiyənin rus diplomat izahat tələbi (VİDEO, FOTO)

Türkiyənin rus diplomat izahat tələbi (VİDEO, FOTO)
23:56 7 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Ankaradakı səfiri Andrey Karlov dünən baş verən hadisə ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

Dünən Rusiya gəmiləri Türkiyənin İstanbul boğazından keçən zaman Rusiya gəmisində olan əsgər təxribat xarakterli hərəkətə yol verib. İstanbul boğazından keçən Rusiyaya məxsus "Sezar Kunikov" hərbi gəmisinin göyərtəsindəki əsgər əlində "Strela-2" daşınan zenit raket kompleksini nümayişkənarcasına tutması ölkələr arasında yeni qarşıdurma yaradıb. Türkiyə Xarici İşlər Nazirliyi ruslardan bunun izahını tələb edir.


Rusiyə əsgərlərinin raketi çiyinlərinə qaldırdıqları foto

Raketin istiqaməti dənizin sahilinə tərəf olub. Hadisə baş verdiyi vaxt ərazidə olan gəmi gözətçiləri Yörük Işık və Alper Boler çiynində raket olan əsgərin şəklini çəkiblər. "Sezar Kunikov" hərbi gəmisi Rusiyanın Qara dəniz donanmasına aid olub. Gəminin hansı istiqamətdə üzdüyü barədə məlumat verilməyib. Boğazdakı sərnişinlər bildiriblər ki, Rusiya əsgərləri sərnişin gəmisini görən kimi raketi yuxarı qaldırıblar. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya ilə qırıcı qalmaqalının davam etdiyi bir vaxtda əsgərlərin bu addımını təxribat adlandırıb.


Hadisənin baş verdiyi İstanbul boğazı

“İstər Rusiya isətərsə də digər dövlətlərin gəmilərinin boğazlardan necə keçəcəyi barədə qanunlar məlumdur. Heç bir dövlətin boğazlardan keçməsi təhlükə yaratmır. Bütün gəmilər müqavilə əsasında boğazlarda hərəkət edə bilər. Amma Rusiya əsgərlərinin bu hərəkətləri təxribatdır”, - deyə Çavuşoğlu bildirib.



Bir neçə gün əvvəl isə Türkiyə Rusiyanın "Omsk 105", "Rusich 1", "Neva" və "Kristal" gəmilərini boğazlardan keçərkən saxlayıb. Gəmilər PSC yoxlanışı üçün (PSC ölkələrin limanlarına gələn xarici bayraqlı gəmilərə beynəlxalq konvansiyonların tələbinə uyğunlun yoxlanış formasıdır) saxlanılıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366684

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR