Səlim Müslümov: "Ermənistanın təcavüzü ölkədə miqrasiyanın inkişafının əsas səbəblərindən oldu"

Səlim Müslümov: "Ermənistanın təcavüzü ölkədə miqrasiyanın inkişafının əsas səbəblərindən oldu"
12:05 8 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Miqrasiya proseslərinin tənzimlənməsi müasir dövrün ən aktual problemlərindən birinə çevrilib.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov Bakıda BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin əməkçi miqrantlarla bağlı "Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında" Beynəlxalq Konvensiyanın qəbul edilməsinin 25 illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda dünyada 35 nəfərdən biri (dünya əhalisinin 3 faizi) beynəlxalq miqrantdır.

S. Müslümov xatırladıb ki, 90-cı illərdə Azərbaycanda da miqrasiya inkişaf etməyə başlayıb: "Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi ölkə əhalisinin 300 mindən çox iş yerini itirməsinə gətirıb çıxardı. Bu, Azərbaycanda miqrasiyanın inkişafının əsas səbəblərindən biri oldu".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR