“Qafqaz Media” İctimai Birliyinin üzvləri həlak olmuş neftçilərin xatirəsini yad ediblər

“Qafqaz Media” İctimai Birliyinin üzvləri həlak olmuş neftçilərin xatirəsini yad ediblər
16:43 8 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 8-də “Qafqaz Media” İctimai Birliyinin kollektivi “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində həlak olan neftçilərin xatirəsini yad edib, həlak olanların ailələrinin və xalqımızın acısını bölüşüblər.
İctimai Birliyin sədri Azadə Hüseynova AZƏRTAC-a bildirib ki, kollektivin üzvləri Dənizkənarı Milli Parka gələrək həlak olan neftçilərin xatirəsini ehtiramla yad edib, dənizin sahilinə gül dəstələri qoyub, ölənlərin ruhuna dualar oxuyublar.
Sonda onlar Şəhidlər xiyabanına gələrək torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən oğullarının da məzarını ziyarət edib, ruhlarına dualar oxuyublar.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR