43 yaşlı mütəxəssis yalnız müdafiəçi Ansi Aqollinin zədə üzündən meydana çıxa bilməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, digər futbolçuların oynamasında problem yoxdur. Q.Qurbanov səfərdə oynamalarına baxmayaraq, "Qarabağ"ın öz oyun üslubuna sadiq qalacağını vurğulayıb.
Qeyd edək ki, "Anderlext" - "Qarabağ" matçı dekabrın 10-da yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 11 dekabr saat 00:05-də) başlanacaq. J qrupunda 2-ci pilləyə yüksələrək, 1/16 finala yüksəlməkdən ötrü Azərbaycan təmsilçisi mütləq qalib gəlməli və "Tottenhem" İngiltərədə Fransa "Monako"su ilə qarşılaşmada xal itirməməlidir.