Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ulu Öndərin xatirəsi anılacaq

Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ulu Öndərin xatirəsi anılacaq
12:48 9 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+



Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 10-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində müasir və müstəqil Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçiriləcək. Tədbirdə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin qədim musiqi alətləri ansamblı konsert proqramı ilə çıxış edəcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyəti ilə yanaşı, mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması istiqamətindəki fədakarlıqlarından bəhs olunacaq.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Musiqi_Medeniyyeti_Dovlet_Muzeyinde_Ulu_Onderin_xatiresi_anilacaq-909561

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR