Dövlət Məşğulluq Xidməti tələbə və məzunlar üçün  aktiv məşğulluq tədbiri keçirəcək

Dövlət Məşğulluq Xidməti tələbə və məzunlar üçün  aktiv məşğulluq tədbiri keçirəcək
15:43 9 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən növbəti aktiv məşğulluq tədbiri dekabrın 11-də Xəzər Universitetində təşkil olunacaq.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Karyerada ilk addım” devizi altında keçiriləcək tədbirdə məqsəd tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi, onların yiyələndikləri ixtisaslara əmək bazarında olan tələbat barədə məlumatlandırılması və işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasıdır. Aktiv məşğulluq tədbiri həmçinin işəgötürənlər üçün gələcəkdə ixtisaslı kadrların seçimini aparmaq imkanı yaradacaq.
Tədbirdə dövlət və özəl sektora aid müəssisələrdə olan boş (vakant) iş yerlərinin də təklif olunması, əlavə təhsil kurslarına cəlb olunmaq, boş vaxtları ərzində əmək birjaları vasitəsilə müvəqqəti işlərdə çalışmaq istəyənlərin qeydiyyatının aparılması da nəzərdə tutulur.
Dövlət Məşğulluq Xidməti cari ilin 11 ayında 9 ali təhsil müəssisəsində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri keçirib. Bu tədbirlərdə 338 nəfərə boş (vakant) iş yerlərinə göndəriş verilib, 3014 nəfər tələbə və məzun tərəfindən işəgötürənlərə özləri barədə şəxsi məlumatlar (CV) təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Mesgulluq_Xidmeti_telebe_ve_mezunlar_uchun_aktiv_mesgulluq_tedbiri_kechirecek-909656

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR