ADİU-nun gənc müəllimi Beynəlxalq Sosial Marketinq Assosiasiyasına üzv seçilib

16:18 9 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC 
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) müəllimi Ramil Cabbarov Beynəlxalq Sosial Marketinq Assosiasiyasına (BSMA) üzv seçilib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, assosiasiyanın region üzrə yeganə üzvü olan R.Cabbarovun sosial marketinq sahəsində təqdim etdiyi təkliflər qurum rəsmiləri tərəfindən müsbət qarşılanıb.
BSMA qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərir. Qurumun əsas missiyası marketinq alətləri vasitəsilə sosial dəyişikləri izləmək, cəmiyyət üçün faydalı fəaliyyətlərə diqqəti cəlb etməkdir.
Bu ildən ADİU-nun marketinq kafedrasında gənc müəllim kimi fəaliyyətə başlayan R.Cabbarovun təqdim etdiyi təkliflərdə sosial marketinqin mikro və makro səviyyəsində sosial-mədəni, o cümlədən iqtisadi dəyişikliyin istehlakçıların davranış modelinə və həyat tərzində təsiri məsələləri əksini tapıb. Kiçik və orta sahibkarlıqla məşğul olan müəssisələrdə korporativ sosial məsuliyyətin təşviqi barədə təqdim edilən təkliflər isə BSMA-nın növbəti iclasında müzakirəyə çıxarılacaq.
BSMA- ya üzv olan gənc müəllim bəzi hüquqlar əldə edib. O, hər il təşkil edilən Dünya Sosial Marketinq Konfransında da iştirak edə biləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADIU_nun_genc_muellimi_Beynelxalq_Sosial_Marketinq_Assosiasiyasina_uzv_sechilib-909677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR