Bəzi sahələr üzrə magistr hazırlığı ilə bağlı məhdudiyyət aradan qaldırılacaqmı?

Bəzi sahələr üzrə magistr hazırlığı ilə bağlı məhdudiyyət aradan qaldırılacaqmı?
16:33 9 Dekabr 2015
26 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda xüsusi qabiliyyət tələb edən bəzi sahələr üzrə magistr hazırlığı ilə bağlı ixtisaslara qoyulan məhdudiyyətin (yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə magistr hazırlığının yaradılması ilə bağlı məhdudiyyət) aradan qaldırılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında bildirib ki, bununla bağlı "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi planlaşdırılır.

İ.Həbibbəyli qeyd edib ki, hazırda xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə kadr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə (siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ixtisaslar üzrə) həyata keçirilir. Bu da qeyd olunan sahələrdə magistr hazırlığı üzrə təhsil almaq istəyənlərin hüququnu birtərəfli qaydada pozur.

Təklif olunan dəyişiklik xüsusi qabiliyyət tələb edən həmin sahələr üzrə magistr hazırlığı ilə bağlı ixtisaslara qoyulan məhdudiyyətin (yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə magistr hazırlığının yaradılması ilə bağlı məhdudiyyət) aradan qaldırılmasını nəzərdə tutur.

Bununla da qeyd olunan sahələr üzrə magistr hazırlığının ümumi əsaslarla həyata keçirilməsi mümkün olacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2467399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR