Fənlər üzrə test bankı toplularının ikinci hissəsinin nəşri davam etdirilir

Fənlər üzrə test bankı toplularının ikinci hissəsinin nəşri davam etdirilir
20:58 9 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fənlər üzrə test bankı toplularının ikinci hissəsinin nəşrini davam etdirir.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, bu qurum tərəfindən Azərbaycan dili, tarix, riyaziyyat, ədəbiyyat, coğrafiya və ingilis dili fənləri üzrə test toplularının ikinci hissəsi nəşr olunub. Toplularda birinci hissənin davamı kimi test tapşırıqları, birinci və ikinci hissələrdə verilmiş test tapşırıqlarının düzgün cavabları əksini tapıb.
Test tapşırıqları qəbul proqramlarına daxil olan mövzular üzrə və hər bir mövzu daxilində mürəkkəblik göstəricilərinə (sadə, orta, çətin) görə sıralanıb: ən sadə tapşırıqlar əvvəldə, ən mürəkkəbləri isə sonda verilib. Əvvəl çoxseçimli, sonra açıq tipli (seçim, hesablama, xronologiya, uyğunluq) tapşırıqlar təqdim edilib.
Toplularda test tapşırıqlarının 25 faizi heç bir imtahanda istifadə olunmamış yeni növ test tapşırıqlarıdır. Toplular test bankındakı test tapşırıqlarının bütün modellərini əhatə edir, bu tapşırıqlar aktiv bankın bir hissəsidir və onların gələcəkdə imtahanlara düşməsi istisna olunmur.
Topluları kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fenler_uzre_test_banki_toplularinin_ikinci_hissesinin_nesri_davam_etdirilir-909840

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR