"Report" "People"a istinadən xəbər verir ki, prezident amerikalı repçi Kendrik Lamarın "How Much a Dollar Cost" bəstəsini bəyənir.
Obama sevimli kitabı qismində yazıçı Loren Qroffun "Fates and Furies" romanının adını çəkib. O, həmçinin Amerika filmlərindən Mett Deymonun rol aldığı "Marslı" filmini qeyd edib.
ABŞ prezidentinin sevimli serialı isə "Nikerboker xəstəxanası" imiş.