Bakının “Lokomotiv” voleybol klubu “Alyants Ştutqart” komandasına məğlub olub

Bakının “Lokomotiv” voleybol klubu “Alyants Ştutqart” komandasına məğlub olub
10:03 10 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarının dördüncü turu çərçivəsində növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakının “Lokomotiv” komandası Almaniyadakı “Şarrena” Arenada “Alyants Ştutqart” klubunun qonağı olub.
Portuqaliyalı baş hakim Avelino Azevedonun idarə etdiyi oyunda “Lokomotiv” komandası 1:3 hesabı ilə məğlub olub.
Çempionlar Liqası yarışlarının “A” qrupunda mübarizə aparan “Lokomotiv” ilk görüşdə “Dinamo Kazan”a 1:3 hesabı ilə məğlub olsa da, Bakının “Azərreyl” komandasına 3:1 hesabı ilə qalib gəlib. Bakı təmsilçisi doğma meydanda “Alyants Ştutqart”dan 3:0 hesabı ilə üstün olub.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakinin_Lokomotiv_voleybol_klubu_Alyants_Stutqart_komandasina_meglub_olub-909885

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR