Bakı Beynəlxalq Avtovağzal Kompleksində bütün avtobuslara GPS izləmə cihazı quraşdırılır

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bütün avtobuslara GPS izləmə cihazı quraşdırılır
11:13 10 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Bakı Beynəlxalq Avtovağzal Kompleksində şəhərlərarası və beynəlxalq sərnişindaşıma fəaliyyəti göstərən avtobuslarda yeni GPS izləmə cihazının quraşdırılmasına başlanılıb.
Avtovağzal Kompleksindən AZƏRTAC-a bildirilib ki, bu sistem nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı və sairə barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürür. Bu sistemin köməyi ilə istənilən müddət ərzində və müxtəlif səfərlər üzrə sürücülük qabiliyyətinin dəqiq qiymətləndirilməsinə də nəzarət olunur. Eyni zamanda GPS sisteminin quraşdırılması işləri yekunlaşdıqdan sonra sərnişinlər Bakı Beynəlxalq Avtovağzal Kompleksinin saytına (bbak.az) daxil olaraq şəhərlərarası və beynəlxalq sərnişindaşıma sahəsində xidmət göstərən avtobusların çatma vaxtı ilə bağlı dəqiq məlumat əldə edə biləcəklər.
Bütün bu işlərdə əsas məqsəd beynəlxalq və daxili sərnişindaşımada xidmət keyfiyyətini yüksəltmək və vətəndaşların təhlükəsizliyinin təmin etməkdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Beynelxalq_Avtovagzal_Kompleksinde_butun_avtobuslara_GPS_izleme_cihazi_qurasdirilir-909905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR