Roman Qriqorçuk: "Hakim anlaşılmazlığı olmasa, qalib gələcəyik"

Roman Qriqorçuk: "Hakim anlaşılmazlığı olmasa, qalib gələcəyik"
12:08 10 Dekabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün "Qəbələ" Avropa Liqasının qrup mərhələsinin son turunda doğma meydanda "Krasnodar"la qarşılaşacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: "Bizim üçün önəmli oyundur. Rəqib haqda geniş məlumata malikik. Bu oyun daha çox "Krasnodar" üçün önəmlidir. Çünki qrupu lider kimi tamamlamaq istəyirlər. Amma bizim üçün də önəmlidir. Bu, bir təcrübədir. Oyun öncəsi şanslar bərabər olur. "Krasnodar" yüksək səviyyəli komandadır. Bununla belə, sabah əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Öz gücümüzə inanırıq".
 
- Oyunla bağlı özünüzə hansı sualı verərdiniz?

- Özümə sualım yoxdur. Mən öz işimlə məşğul oluram. Məşqçilər heyəti ilə çalışırıq meydana düzgün taktiki düzülüşlə çıxaq.
 
- Son oyunda qələbə heç nəyi dəyişməyəcək. Bu dəfə meydanda daha çox yerli futbolçu görə bilərikmi?

- Bizim yanaşmamız dəyişmir. Kim hazır olacaqsa, o da meydançaya çıxacaq.
 
- "Krasnodar"a qalib gəlmək üçün nə etmək lazımdır?

- Bizim böyük istəyimiz var. Yaxşı hazırlıq keçmişik. Bacarıqlı futbolçulara malikik. Çalışacağıq, oyun bizim tərəfimizdə olsun. Krasnodardakı kimi, hakim anlaşılmazlığı olmasa, inanıram ki, qalib gələcəyik.

- Sizi qrup mərhələsində ən çox hansı oyun təəssüfləndirib?

- Məğlub olduğumuz bütün oyunlar. Hansı ki, uduzmağa layiq olmadığımız matçlar var idi. Futbolda da nəticəni tablo göstərir, bunu da qəbul etməliyik.
 
- Qrup mərhələsinə düşməyi böyük bayram adlandırdınız. Sabahkı matça azarkeş marağının az olduğu bildirilir. Bayramı tək qeyd etməkdən narahat deyilsiz?

- Bu barədə heç nə deyə bilmərəm. Bilmirəm, nə qədər azarkeş gələcək. Mən onlara təşəkkür edirəm. Çünki bizə çox dəstək olublar. Biz də onlar üçün meydançaya çıxacağıq. Əgər az azarkeş gəlsə, deməli, biz kifayət qədər yaxşı oynamamışıq.
 
- "Krasnodar"ın dincəlmək üçün daha çox vaxtı olmuşdu. Bunun sizin üçün mənfi təsiri olacaqmı?

- Biz sıx qrafikdə oynayırıq. Amma qrafik belədir. Bununla razılaşmalı, çıxıb oynamalıyıq.
 
- Rəqibin heyətində kimin adını xüsusi çəkərsiz?

- 15 oyunçunun. Hücumameylli komandadır. Çox yaxşı hücum qururlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR