"Nargis Fund" Sizi "Soyuq Əllər, İsti Ürək: Mələklər" Yeni il xeyriyyə yarmarkasına dəvət edir! - FOTO

"Nargis Fund" Sizi "Soyuq Əllər, İsti Ürək: Mələklər" Yeni il xeyriyyə yarmarkasına dəvət edir! - FOTO
16:37 10 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

1-31 dekabr tarixlərində Fəvvarələr meydanında baş sponsor Amapola Exclusive Events-in təşkilati dəstəyilə "Soyuq Əllər, İsti Ürək: Mələklər" adlı xeyriyyə yarmarkası davam edir.

Dekabr ayının 11-i saat 11.00-dan 14.00-dək yarmarkada "Ümid yeri" uşaq evinin kiçik sakinləri üçün maraqlı bayram proqramı keçiriləcək. Onlar üçün DJ Habib-in, aparıcı könüllülər Səbinə və Turalın, animator kuklaların, şou-men Kamran Razmovarın, DJ V-nin iştirakı ilə maraqlı şou - proqram və Viniamin şou təşkil olunacaq. Karuseldə əyləndikdən sonra uşaqları "Fresh Catering" tərəfindən nahar gözləyir. Nahardan sonra və ya əyləncə zamanı uşaqlar Aynur xanıma feys-art üçün müraciət edə bilərlər. Tədbirin sonunda uşaqlara "Olive Media", "Nargis Fund", "AzərTürkBank" və "The Entertainer" mağazası tərəfindən hədiyyələr təqdim olunacaq.

Axşam saat 19.40-dan 22.00-dək isə şəhər sakinləri və qonaqlar üçün əyləncəli proqram nümayiş olunacaq. Seyran Babayevin aparıcılığı ilə keçiriləcək şou-proqramda DJ Chris Taylorun, Ülviyyə Musayeva və DJ Stasy-nin, Ruslan Alışanın, "Arzular" qrupunun və DJ V-nin çıxışları yer alacaq.

Ənənəyə uyğun olaraq, "Nargis Fund"-un təşkilatçılığı və "Amapola Exclusive Events"-in baş sponsorluğu ilə keçirilən xeyriyyə yarmarkasından əldə olunan vəsait müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf olunacaq.

Bir ay ərzində Siz yarmarkada təqdim olunan çoxsaylı mağaza və kafelərə baş çəkə, Yeni il hədiyyələri əldə edə və əyləncəli proqramdan zövq alaraq vaxtınızı şən keçirə bilərsiniz.

Həftənin iş günlərində (bazar ertəsi - cümə) "Nargis Fund"-un əməkdaşları sponsorların dəstəyi ilə uşaq evlərinə və xəstəxanalara baş çəkirlər. Fond xəstə və internat evlərində böyüyən uşaqlar üçün əyləncə proqramı təşkil edir, onları müxtəlif Yeni il hədiyyələri ilə sevindirir, geyim və gigiyenik vasitələrlə təmin edir.

Hər cümə, şənbə və bazar günləri yarmarkada saat 11-dən 14.00-dək uşaq evlərinin sakinləri üçün xüsusi əyləncəli proqram və nahar təşkil olunur, eləcə də onlara müxtəlif hədiyyələr verilir.

"Nargis Fund" yarmarkanın sponsorları - Amapola Exclusive Events, AzərTürkBank, Ambassade de la Beaute və Fresh Catering şirkətləri ilə birgə ehtiyacı olan uşaqlara kömək edəcək (müalicə, əməliyyat və s.).

"Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası haqqında daha ətraflı məlumatı tədbirin rəsmi səhifələrindən əldə edə bilərsiniz:

İnstagram: Soyuqelleristiurek

Facebook: https://www.facebook.com/soyuqelleristiurek/info/?tab=page_info

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR