Azərbaycanda manatla hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin miqdarı artırılır.

APA-nın məlumatına görə, qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən manatla hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin miqdarı 3 min manatdan artıq ola bilməz.

Yeni İnzibati Xətalar Məcəlləsinin layihəsinə əsasən isə manatla hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin miqdarı 5 min manatdan artıq ola bilməz.

Qeyd edək ki, inzibati cərimə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir.