Tədris Cərrahiyyə Klinikasında hepatologiyaya dair elmi konfrans keçirilib

19:03 10 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC 
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında hepatologiya üzrə elmi konfrans keçirilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda klinikanın direktoru, professor Nuru Bayramov çıxış edərək Azərbaycanda tibb elminin qazandığı nailiyyətlər, xüsusilə də qaraciyər xəstəliklərinin müalicəsində əldə olunan uğurlardan danışıb. O, klinikada hepatologiya üzrə mürəkkəb əməliyyatların icra olunduğunu da vurğulayıb.
Ölkəmizin aparıcı tibb mütəxəssislərinin iştirak etdikləri toplantıda qaraciyər xəstəliklərinin müasir metodlarla diaqnostika və müalicəsi məsələləri müzakirə olunub.
Tanınmış hepatoloq Gülnarə Ağayeva “Qaraciyər sirrozu, patogenez, etiologiyası” mövzusunda məruzə ilə çıxış edib. Mərkəzi Klinik Xəstəxananın qastroenteroloqu Emin Verdiyev isə “Hepatik ensefalopatiya” mövzusunda fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. “Avrasiya” hospitalının qastroenteroloqu Aqil Ağakişiyev, ATU-nun həkim-rezidenti Şahnaz Atayev kəskin qaraciyər çatışmazlığı ilə bağlı məruzə ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR