London, 11 dekabr, AZƏRTAC
Londonda fəaliyyət göstərən xarici diplomatlar ölkənin “tıxac xərci” adlandırdığı qanun layihəsini ödəməkdən imtina edirlər. Paytaxta fəaliyyət göstərən diplomatik korpusların Britaniya hökumətinə ümumilikdə 95 milyon funtsterliqdən artıq borcu var.
“Tıxac xərci” qanun layihəsinə əsasən, Londonun mərkəzinə səyahət edən nəqliyyat vasitələri müəyyən miqdarda pul ödəməlidir. Diplomatik korpuslar isə bu xərcin xidmət haqqı deyil, vergi olduğunu hesab edir və Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin vergi ödəməkdən azad olduqlarını bildirirlər.
Britaniya Nəqliyyat Departamenti hökumətdən məsələnin Beynəlxalq Ədalət Məhkəməsində qaldırılmasını tələb edir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London