Ani diqqətsizlik Tovuzda güclü yanğına səbəb olub.
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, axşam saatlarında baş verən alovlanma rayonun Əlimərdanlı kəndində, Saçlı Qasımovaya məxsus evdə baş verib. Ev sahibinin sözlərinə görə, odun sobasından düşən qığılcım tez bir zamanda alovlanaraq ətrafa yayılıb. Əraziyə yanğınsöndürənlər çağırılıblar.
Tovuz YMH-nin 2 avtomobili və canlı qüvvəsi alovu söndürməyə nail olub. Zərərçəkən Saçlı Qasımova bildirib ki, hadisə zamanı 2 baş iribuyunuzlu heyvan yanğından sağ çıxsa da, 35 baş baş ev quşu yanaraq məhv olub. Ümümilikdə yanğın hadisəsi zamanı 64 kv.m olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları və içərisinə yığılmış 1 ton ot bağlamasının 400 kq-ı yanıb. Yaxınlıqda olan qaz boru xətti və qonşu evlər yanğından mühafizə olunub.
Milli.Az