Suriyalı qaçqınları gətirən ilk təyyarə Toronto aeroportunda yerə enib

Suriyalı qaçqınları gətirən ilk təyyarə Toronto aeroportunda yerə enib
09:37 11 Dekabr 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Tərkibində 163 suriyalı qaçqınlar olan ilk hərbi-nəqliyyat təyyarəsi bu gün Toronto aeroportunda (Ontario əyaləti) yerə enib.
"Report" TASS-a istinadən xəbər verir ki, Kanada Hərbi Hava Qüvvələrinin suriyalı qaçqınların ölkəyə gətirilməsi planını dekabrın 9-da kanadalı baş nazir Castin Tryudo məlumat verib. Onun sözlərinə görə, ikinci təyyarə şənbə günü Monreala (Kvebek əyaləti) eniş edəcək. Amma nazir sərnişinlərin sayı və dəqiq haradan gələcəyi barədə informasiya verməyib.
Xatırladaq ki, daha əvvəl Kanadanın İmmiqrasiya, qaçqınlar və vətəndaşlıq üzrə naziri Con Makkallum ölkəsinin 2016-cı ilin martına qədər öz ərazisində Suriyadan azı 35 min qaçqını qəbul etməyə hazır olduğunu bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR