Tələbə və məzunlara 345 vakant iş yeri təklif olunub (FOTO)

Tələbə və məzunlara 345 vakant iş yeri təklif olunub (FOTO)
14:29 11 Dekabr 2015
33 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Xəzər Universitetində aktiv məşğulluq tədbiri təşkil olunub.

Tələbə və məzunlara 345 boş (vakant) iş yeri təklif olunub.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ali təhsil müəssisələrinin tələbə və məzunlarının əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə «Karyerada ilk addım» devizi altında növbəti aktiv məşğulluq tədbirini Xəzər Universitetində təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirin açılışında qeyd olunub ki, gənclərin məşğulluğunun artırılması ölkəmizdə həyata keçirilən dövlət məşğulluq strategiyasının əsas hədəflərindən biridir. Aparılan məqsədyönlü işlər gənclər arasında məşğulluq səviyyəsinin getdikcə artmasına, onların ölkə iqtisadiyyatının inkişafında daha fəal iştirakına şərait yaradıb.

«Karyerada ilk addım» devizi altında təşkil olunan aktiv məşğulluq tədbirlərinin əhəmiyyətindən bəhs olunaraq, bu tədbirlərin əsasən gənclərdən ibarət olan tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsinə yönəldiyi vurğulanıb.

İşəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə tələbə və məzunlara əmək bazarındakı mövcud vəziyyət, peşə və ixtisaslara olan tələbat barədə məlumatlar verilib. Tədbir zamanı 7-si dövlət, 45-i özəl sektora aid 52 müəssisə tərəfindən 345 boş (vakant) iş yeri də təqdim edilib.

Tələbə və məzunlara boş iş yerlərinə göndərişlər verilməklə, onlardan əlavə təhsil kurslarına cəlb olunmaq, boş vaxtları ərzində müvəqqəti xarakterli, mövsümi işlərdə çalışmaq istəyənlər qeydiyyata götürülüb. Həmçinin idarə, müəssisə və təşkilatların nümayəndələri tələbə və məzunlarla ünsiyyətdə olaraq, gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq üçün onlardan şəxsi məlumatlar əks olunan CV-lər qəbul ediblər.

Cari ilin ötən dövründə respublikamızın 9 ali təhsil müəssisəsində «Karyerada ilk addım» devizi altında təşkil olunan aktiv məşğulluq tədbirlərində 340 nəfərə yaxın şəxsə boş (vakant) iş yerlərinə göndərişlər verilib, 3 min nəfərdən çox tələbə və məzun tərəfindən işəgötürənlərə özləri barədə şəxsi məlumatlar (CV-lər) verilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2468418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR