Nümayəndə heyətləri təşkilatın 2015-ci ildə gördüyü işlərə dair hesabatı nəzərdən keçirərək qəbul edib, eləcə də 2016-cı il üçün iş planını müzakirə edib. İclas iştirakçıları İşçi Qrupun əlaqələndiricisi olan ölkənin və əlaqədar altqrupların funksiyalarının növbəti il üçün də dəyişməz qalmasını qərara alıb.
İşçi Qrupun növbəti iclası 2016-cı ilin noyabr-dekabr aylarında keçiriləcək.