Ümummilli Liderin zəngin siyasi fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib

Ümummilli Liderin zəngin siyasi fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib
16:58 11 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC 
Dekabrın 11-də Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilib.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin bu ali təhsil müəssisəsindəki büstü önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin nurlu xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə BANM-ın rektoru Elmar Qasımov müdrik dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolundan bəhs edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyev öz mənalı həyatını xalqına həsr edib və dahi rəhbərin zəngin siyasi fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Ulu Öndər Azərbaycan xalqının tarixində və taleyində elə bir şərəfli iz qoyub ki, onun xatirəsi xalqın qəlbində əbədi yaşayacaqdır. Bu gün Ümummilli Liderin ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Azərbaycan Respublikası Milli Məclisi (MM) sədrinin müavini, MM-in insan hüquqları komitəsinin sədri Bahar Muradova görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı tarixi roldan, ölkəmizin xoş gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. O deyib ki, Ulu Öndərin quruculuq fəaliyyəti dövründə Azərbaycanın inkişafı və xalqın dinc yaşamasını təmin etmək üçün müxtəlif istiqamətlərdə proqram və layihələr həyata keçirilib. B.Muradova vurğulayıb: “Azərbaycanın ən ağır anlarında dahi şəxsiyyət Heydər Əliyev daim xalqın yanında olub. Xalqımız çətin anlarında müdrik rəhbərə üz tutaraq onu hakimiyyətə dəvət edib və ondan sonra Azərbaycanın sabitlik, inkişaf dövrü başlanıb. Bu gün Prezident İlham Əliyev Ümummilli Liderin qoyub getdiyi siyasi yolu layiqincə davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan ulu öndər Heydər Əliyevin arzuladığı xoşbəxt gələcəyə doğru inamla irəliləyir”.
Sonda Ulu Öndərin şərəfli ömür yolunu əks etdirən videosüjet nümayiş olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umummilli_Liderin_zengin_siyasi_fealiyyeti_esl_dovlet_idarechiliyi_mektebine_chevrilib-910395

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR