Bakı. Trend:
Dekabrın 11-də Cəlilabad rayonunun Ətcələr kəndinə ilk dəfə təbii qaz verilib.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.
Bildirilib ki, 86 abonenti olan kəndin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 7696 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Çıxış edənlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bizi Twitter-dən izləyin: @trend_az