Klublar arasında Avropanın ən nüfuzlu basketbol turniri hesab olunan Avroliqada qrup mərhələsinin 9-cu turu geridə qalıb.
Son oyun günündə 6 görüş keçirilib. Günün mərkəzi matçı "Bavariya" və "Real" arasında oynanılıb. Madrid klubu səfərdə qələbə qazanıb. Bir digər maraqla gözlənilən qarşılaşmada isə "Fənərbağça" "Srvena Zvezda"nı məğlub edib
Nəticələrə nəzər salaq:
ÇSKA - "Daruşşafaka" - 94:66
"Çedevita" - "Milano" - 82:85
"Bavariya" - "Real" - 67:86
"Strasbur" - "Ximki" - 69:78
"Panatinaikos" - "Zelena Qora" - 82:51
"Fənərbağça" - "Srvena Zvezda" - 79:61