Fuad Cəfərovun xatirəsinə həsr edilən uşaq şahmat festivalının qalibləri müəyyən edilib

17:48 12 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC 
Respublika Şahmat Mərkəzində Fuad Cəfərovun xatirəsinə həsr edilən uşaq şahmat festivalı başa çatıb.
AZƏRTAC xəbər verir ki, sumqayıtlı şahmatçı Səbinə Rzalı 7 mümkün xaldan 6,5 xal toplayaraq rəqibləri üçün əlçatmaz olub. İkinci yerə Həsən Əhmədov (6 xal) çıxıb. Üçüncü yerin mükafatçısı isə əlavə göstəricilərə əsasən müəyyən edilib. Hərəyə 5,5 xal toplayan dörd şahmatçı arasında Buxholts əmsalı üzrə ən yaxşı göstərici Emil Mehrəliyevdə olub.
Doqquz yaşadək uşaqlar arasında ən yaxşı göstərici Avropa çempionatının gümüş mükafatçısı Read Səmədovda olub. Qızlar arasında əsas mükafat isə Aydan Hüseynovaya qazanıb.
Turnirdə 5-13 yaş arasında 84 şahmatçı iştirak edib. Yarışların nəticəsinə əsasən onların çoxu beynəlxalq ELO əmsalı qazanacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fuad_Ceferovun_xatiresine_hesr_edilen_usaq_sahmat_festivalinin_qalibleri_mueyyen_edilib-910749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR