Azərbaycan dünya çempionatının bir addımlığında

Azərbaycan dünya çempionatının bir addımlığında
15:22 13 Dekabr 2015
34 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futzal üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonasında III tura start veriləcək. Apasport.az saytının məlumatına görə, 2-ci qrupda çıxış edən Azərbaycan millisi növbəti matçına çıxacaq.

Millimizin budəfəki rəqibi ev sahibləri Xorvatiya millisi olacaq.
 
İlk iki oyununda İsveç (8:2) və Belarusu (7:2) darmadağın edən millimiz xorvatlara qarşı da qələbə əzmi ilə çıxacaq. Xorvatlar isə əvvəlki oyunlardan bir qələbə və bir məğlubiyyətlə ayrılıblar.
 
Qrupu lider tamamlamaq üçün yığmamıza uduzmamaq bəs edəcək. Ancaq Faustuno Peresin yetirmələri 3 oyundan 3 qələbə qazanaraq qrupu maksimum nəticə ilə başa vurmaq istəyirlər.
 
DÇ-2016-nın seçmə mərhələsi
Avropa zonası, II qrup
III tur, 13 dekabr
 
22:30. Azərbaycan - Xorvatiya

 
Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo, 15. Rafael, 9. Auqusto, 10. Amadeu, 19. Elnur Zamanov, 3. Zeynal Zeynalov, 8. Rizvan Fərzəliyev (k), 2. Samir Həmzəyev, 4. Ramiz Çovdarov, 5. Fineo de Arauxo, 14. Vitali Borisov, 17. Andre, 18. Sergey Çuykov
Baş məşqçi: Faustino Perez
 
 
Turnir cədvəli
 
1. Azərbaycan  2 2 0 0 15:4 6
2. Xorvatiya      2 1 0 1 9:8 3
3. Belarus         2 1 0 1 9:11 3
4. İsveç             2 0 0 2 3:13 0

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR