Üç ölkənin xarici işlər nazirləri növbəti dəfə Tbilisidə görüşəcək

Üç ölkənin xarici işlər nazirləri növbəti dəfə Tbilisidə görüşəcək
16:53 13 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 13 dekabr, AZƏRTAC
Dekabrın 21-22-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.
Gürcüstanın xarici işlər naziri Giorgi Kvirikaşvili jurnalistlərə müsahibəsində deyib ki, bu görüşdə ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişaf perspektivləri, eləcə də son günlər üçün ən aktual olan məsələlərin müzakirəsi nəzərdə tutulub.
Nazir deyib: “Üçtərəfli görüşdə ilk növbədə ölkələrimiz arasında strateji tərəfdaşlıq, həmçinin iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Eyni zamanda, biz, Bakı-Tiflis-Qars dəmir yolu tikintisinin vəziyyəti və "İpək Yolu" layihəsi üzrə əməkdaşlıq çərçivəsində digər nəqliyyat – logistika layihələrini də nəzərdən keçirəcəyik”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR