"Bu gün Ermənistan "Kim erməni deyilsə, ərazilərimizi tərk etsin!" siyasətini yürüdür" - FOTO

"Bu gün Ermənistan "Kim erməni deyilsə, ərazilərimizi tərk etsin!" siyasətini yürüdür" - FOTO
17:37 14 Dekabr 2015
9 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan hələ sovet dövründə bütün digər millətləri öz ərazisindən sıxışdırıb çıxaran və ya özünə tabe edən monorespublika idi. İndi isə vəziyyət daha da acınacaqlıdır. Son 10 il ərzində Ermənistandan köçənlərin 64 faizi rusdilli əhalidir. Bundan başqa, Ermənistanda əsrlərlə yaşayan azərbaycanlılar, gürcülər, belaruslar, ukraynalılar da bu ölkəni tərk etmək məcburiyyətində qalıblar. Bu gün Ermənistan "Kim erməni deyilsə, zəhmət çəkib bizim əraziləri tərk etsin!" siyasətini yürüdür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Rusiyanın "İnterfaks" agentliyində "MDB və Baltikyanı ölkələrdə rusdilli vətəndaşların vəziyyətinin öyrənilməsi" mövzusunda keçirilən mətbuat konfransında Avrasiya Strateji Tədqiqatlar İnstitutunun eksperti Tatyana Borzova deyib. Ekspert qeyd edib ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindən rusdilli əhali kütləvi şəkildə köçür. İnstitutun Dağlıq Qarabağdakı rusdilli icma ilə telefon vasitəsilə apardığı sorğunun nəticələri göstərib ki, son bir ildə bu bölgəni 1000 rusdilli ailə tərk edib.

Avrasiya Strateji Tədqiqatlar İnstitutunun "NGO Acceptare" qeyri-hökumət təşkilatı ilə birlikdə apardığı tədqiqatın nəticələrinə görə, MDB ölkələrində rusdilli əhaliyə münasibət Azərbaycanda daha ürəkaçandır. Azərbaycanda rus dilində orta və ali təhsil almaqla yanaşı, rusdilli əhali bütün dövlət və qeyri-dövlət strukturlarında işlə təmin oluna bilir, rus icmasının nümayəndəsi parlamentdə təmsil olunur. T.Borzova deyib:

"Azərbaycana səfərim zamanı Bakı Slavyan Universitetində oldum. Bu ali məktəbin mütəxəssisləri bizi ölkənin digər bölgələrinə səfərlərdə də müşayiət edirdilər. Heydər Əliyev Beynəlxalq Aeroportundan tutmuş ən ucqar bölgələrədək heç yerdə rus dilində ünsiyyət bizim üçün maneə yaratmırdı. Rusdilli əhaliyə bu cür münasibətə görə Azərbaycana minnətdarıq".

Tədqiqat çərçivəsində aparılan sorğunun "Fikrinizcə, yaşadığınız ölkədə rusdilli əhalinin hüquqlarının pozulması üçün hansı səbəblər ola bilər?" sualına Azərbaycanda dini əqidə səbəbini heç kim misal gətirməyib. Halbuki dini baxımdan Rusiyaya yaxın Ermənistanda rəyi soruşulan rusdilli əhalinin 3,27 faizi dini əqidəsinə görə hüquqlarının pozulmasından şikayət edib.

Ermənistana səfərindən danışan T.Borzova vurğulayıb ki, rusdilli mətbuatda yazılanlarla Ermənistandakı vəziyyət arasında böyük fərq var. O deyib: "Mən Ermənistanda sovet dövründə də olmuşam. Ancaq budəfəki səfərim məni şok vəziyyətinə saldı. Hətta Amerikada belə mənə yolu göstərə biləcək rusdilli yerli sakin tapmaq çətin deyildi. Ermənistanda bununla bağlı çox böyük problemlərim oldu. Bu ölkədə rus dilində danışan qonağa olduqca pis münasibətlə rastlaşdım".

Mətbuat konfransının digər iştirakçısı, "NGO Acceptare" qeyri-hökumət təşkilatının prezidenti Viktoriya Pavlenko deyib ki, Azərbaycanda qanunvericiliyə görə, rusdilli əhalinin rus dilində informasiya almaq, təhsil almaq hüququ var. Azərbaycanda qanunvericiliklə faktiki vəziyyət arasında tam uyğunluq müşahidə olunur.

Tədqiqatın nəticələrindən məlum olur ki, Ermənistan təhsil müəssisələrində rus dili hətta fakültativ səviyyədə belə öyrənilmir. V.Pavlenko deyib: "Ermənistanda rus dilində təhsilin səviyyəsinin getdikcə aşağı düşməsi həm də onunla əlaqədardır ki, bu ölkədə rus dilində təhsil alan əhali, demək olar, qalmayıb. Bütün bunlar Ermənistanın tamamilə monomilli dövlətə çevrilməsi istiqamətində atılan addımlardır. Rusdilli əhalinin ölkədən köçməsi baxımından Ermənistan MDB respublikaları arasında birinci yeri tutur".

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda orta yaşlı kişini damda cərəyan vuraraq yerə çırpıb

22 Sentyabr 2017 06:52

Azərbaycanlı futbolçu oynadı, komandası dayandı

22 Sentyabr 2017 06:49

Neymar üzr istədi

22 Sentyabr 2017 06:44

Meksikada zəlzələdən sonra təxminən 200 nəfər itkin düşüb

22 Sentyabr 2017 06:42

Cinayət kimi qəza KAMERAYA DÜŞDÜ - VİDEO

22 Sentyabr 2017 06:33

ABŞ altı ildə Suriya qaçqınlarına 7,4 mlrd. dollar humanitar yardım ayırıb

22 Sentyabr 2017 06:17

KXDR Sakit okeanda hidrogen bombasının yeni sınağını keçirə bilər

22 Sentyabr 2017 05:57

Tramp: “ABŞ və Türkiyə heç vaxt olmadıqları kimi yaxındır”

22 Sentyabr 2017 05:33

Tramp Pxenyanla danışıqların mümkünlüyünü istisna etmir

22 Sentyabr 2017 05:24

Meksikada zəlzələ: Ölənlərin sayı 273 nəfərə çatdı

22 Sentyabr 2017 04:38

Naxçıvanın tanınmış tərcüməçisi Beynəlxalq medala layiq görülüb

22 Sentyabr 2017 04:32

Kim Çen In: “Trampın düşməncəsinə çıxışı ona baha başa gələcək”

22 Sentyabr 2017 04:07

NATO baş katibi Lavrovla görüşdü

22 Sentyabr 2017 03:34

DƏHŞƏT: Hamilə həyat yoldaşını bətnindəki körpə ilə birlikdə öldürdü - FOTO/VİDEO

22 Sentyabr 2017 03:28

Dünyanın ən varlı qadını öldü

22 Sentyabr 2017 03:24

Rumıniya təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 8 mln. avro ayırıb

22 Sentyabr 2017 03:07

Rusiya qırıcıları Suriyada terrorçuların 96 mindən çox obyektini məhv edib

22 Sentyabr 2017 02:57

Meksikadakı zəlzələ 273 can aldı

22 Sentyabr 2017 02:44

Mərkəzi Bank hərrac keçirəcək

22 Sentyabr 2017 02:28

İstanbulda özəl təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 02:15

Dominikanda “Mariya” qasırğası qurbanlarının sayı 15 nəfər çatıb

22 Sentyabr 2017 02:02

Samir oynadı, darmadağın gördü

22 Sentyabr 2017 01:57

Rusiya XİN: Suriyada MDB-dən təqribən 10 min yaraqlı döyüşüb

22 Sentyabr 2017 01:52

Tramp KXDR-ə qarşı əlavə sanksiyalar planlaşdırır

22 Sentyabr 2017 01:46

Tillersondan xəbərdarlıq -

22 Sentyabr 2017 01:24

Tramp: “Ərdoğan mənim dostumdur”

22 Sentyabr 2017 01:14

Hacıqabulda məsciddən oğurluq edən şəxs saxlanıldı

22 Sentyabr 2017 01:08

"Atletiko" rəsmən açıqladı -

22 Sentyabr 2017 01:02

Masturbasiya haqqında bilmədiyiniz 7 HƏQİQƏT

22 Sentyabr 2017 00:53

Yəməndə vəba epidemiyasına yoluxanların sayı 700 minə çatıb

22 Sentyabr 2017 00:44

Məşhur aktrisa restorana ELƏ GEYİMDƏ GƏLDİ Kİ... - FOTOLAR

22 Sentyabr 2017 00:38

Xızıda 794 ədəd partlamamış hərbi sursat tapıldı

22 Sentyabr 2017 00:29

Azərbaycanda sürücü olmağın şərtləri xeyli çətinləşdi

22 Sentyabr 2017 00:23

Rahoy Kataloniyaya referendumla bağlı xəbərdarlıq etdi -

22 Sentyabr 2017 00:20

İstanbulda təyyarə yandı: 4 yaralı

22 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 22 sentyabr

22 Sentyabr 2017 00:13

Məsciddən nasos və mikrofon oğurlayan şəxs tutuldu

22 Sentyabr 2017 00:09

İstanbulun Atatürk hava limanında təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 00:02

Bu gündən etibarən Məhərrəm ayı başlayır

22 Sentyabr 2017 00:02

Tehran nüvə silahı əldə etmək niyyətində deyil -

22 Sentyabr 2017 00:01

ABŞ Şimali Koreyaya qarşı yeni maliyyə sanksiyaları tətbiq edib

21 Sentyabr 2017 23:52

"Lotu Qulinin adamları" şou-biznesi çökdürmək istəyirmişlər

21 Sentyabr 2017 23:48

Türkiyə, İran və İraq birgə bəyanat qəbul etdi -

21 Sentyabr 2017 23:45

İnternetin yeni fenomeni 18 milyon baxış topladı - FOTO/VİDEO

21 Sentyabr 2017 23:38

Azərbaycan neftinin SON QİYMƏTİ -

21 Sentyabr 2017 23:33

Bakıda "narkobaron" həbs edildi

21 Sentyabr 2017 23:28

Rusiya 850 terrorçunu belə məhv etdi -

21 Sentyabr 2017 23:23

"QAZ" və "VAZ" yandı

21 Sentyabr 2017 23:19

İstanbulda təyyarə qəzası - VİDEO

21 Sentyabr 2017 23:13

Çexiyanın milli bayramı Bakıda qeyd edildi

21 Sentyabr 2017 23:04