"Report" RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Vaşinqtonda keçirdiyi Milli Təhlükəsizlik Şurasının iclasından sonra deyib.
Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bundan sonra da terrorçulara sarsıdıcı avia zərbələr endirəcək. "Biz ekstremistləri məhv edəcəyik. Növbədə İŞİD rəhbərləri var" - deyə Obama vurğulayıb.