Reytinq siyahısında yüksək yer tutan müəllimlərin maaşı artırılacaq

Reytinq siyahısında yüksək yer tutan müəllimlərin maaşı artırılacaq
10:59 15 Dekabr 2015
116 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət İqtisad Universitetində tətbiq edilən differensial əmək haqqı sistemi ilə əlaqədar yaradılan daimi Komissiya işini yekunlaşdırıb.

ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, artıq komissiya tərəfindən sistemə daxil edilən məlumatların yoxlanması prosesi sona çatıb. Bununla da, sistem avtomatik olaraq müəllimlər arasında TOP100 reytinqi müəyyənləşdirib. 2 ay ərzində bu sistemə 143 müəllimin elmi, tədris və özünüinkişaf fəaliyyətləri barədə məlumat daxil edilib.

Bildirək ki, sistemin tətbiqində əsas məqsəd professor-müəllim heyəti arasında sağlam rəqabət mühitini formalaşdırmaq, onların işdən məmnunluq səviyyəsini yüksəltmək, eyni zamanda müəllimlərin fərdi və qrup məhsuldarlığını artırmaqdan ibarətdir. Bu da öz növbəsində İqtisad universitetində tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərin səmərəliliyini və keyfiyyətinın yüksəlməsinə xidmət edəcək.

Qeyd edək ki, 2015-2016-cı tədris ili üzrə reytinq siyahısında 1-10-cu yerləri tutan müəllimlərin əməkhaqqı 2 dəfə artırılacaq. 11-30-cu yerləri tutan müəllimlər üzrə bu göstərici 1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlər üzrə 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlər üzrə 1,2 dəfə təşkil edəcək.

Xatırladaq ki, reytinq sistemi müəyyən edilərkən professor-müəllim heyətinin fəaliyyətinin üç istiqaməti əsas götürülüb. Bura onların elmi, tədris və özünüinkişaf fəaliyyətləri daxil edilib.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225223

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR