Nazirin qohumunu öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Nazirin qohumunu öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu
15:42 15 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Eynulla Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Eynulla Hacıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il iyunun 30-da Qusar rayonunun Çiləgir kəndində qətl törədilib. Bakı şəhər sakini, iş adamı 70 yaşlı Ramiz Gülməmməd oğlu Vəliyev odlu silahla qətlə yetirilib. Məlumata görə, E.Hacıyev R.Vəliyevin evində gözətçi işləyib.

Onu da qeyd edək ki, qətlə yetirilən R.Vəliyev nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovla quda olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR