Şəki və Balakən voleybolçuları respublika birinciliyinin final mərhələsinə yüksəliblər

Şəki və Balakən voleybolçuları respublika birinciliyinin final mərhələsinə yüksəliblər
18:53 15 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 15 dekabr, AZƏRTAC
Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Şəkidə keçirilən 2000-2001-ci il təvəllüdlü oğlanlardan ibarət komandalar arasında voleybol üzrə respublika birinciliyinin zona mərhələsinin yarışları Şəki komandasının qələbəsi ilə başa çatıb. Meydan sahibləri final oyununda Balakən komandasına qalib gəlib. Mingəçevir komandası yarışları üçüncü pillədə başa vurub.
Bu barədə AZƏRTAC-a Şəki Uşaq-Gənclər İdman Məktəbinin direktoru Hətəm Vəliyev məlumat verib.
Qoxmuq kənd tam orta məktəbin idman zalında keçirilən yarışlarda 6 komanda mübarizə aparıb. Əsasnaməyə görə, ilk iki yeri tutan Şəki və Balakən komandaları respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.
Birinciliyin qalibləri “Təhsil” Respublika İdman Mərkəzinin kubok və diplomları ilə mükafatlandırılıblar.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seki_ve_Balaken_voleybolchulari_respublika_birinciliyinin_final_merhelesine_yukselibler-911507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR