Tokio, 9 fevral, AzərTAc
Yaponiya hökuməti 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları zamanı doqquz qabaqçıl texnologiyanın tətbiqi barədə qərar qəbul edib.
Mütəxəssislərdən ibarət komissiya həmin oyunlar zamanı Yaponiyanın qabaqcıl texnologiyalarını bütün dünyaya nümayiş etdirmək məqsədilə həmin doqquz layihənin əyani tətbiqini məqsədəuyğun sayıb.
Həmin texnologiyalar siyahısına Olimpiya yarışlarının keçirilcəyi ərazilər arasında hərəkət edəcək özüidarə olunan avtobus daxil edilib. Bundan əlavə, siyahıyda başqa ölkələrdən gəlmiş qonaqlar üçün smartfonlarda şifahi tərcümə sistemi də var.
Yaponiya hökuməti havanın kəskin dəyişəcəyi barədə operativ məlumat verəcək meteoroloji radiolakator sisteminiin hazırlanması üzərində işlərin aparılmasını planlaşdırır. Bu sistem isə idmançıların və tamaşaçıların təhlükəsizliyinə xidmət göstərəcək.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio