Şinzo Abe: Yaponiya müdafiə sahəsində beynəlxalq əməkdaşlığa hazır olmalıdır

Şinzo Abe: Yaponiya müdafiə sahəsində beynəlxalq əməkdaşlığa hazır olmalıdır
12:38 16 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 16 dekabr, AZƏRTAC 
Yaponiyanın Baş naziri özünümüdafiə qüvvələrinin rəhbər heyətinin iclasında müdafiə sahəsində beynəlxalq əməkdaşlığa və yeni vəzifələrin həyata keçirilməsinə hazırlıq barədə göstəriş verib.
Yaponiyada sentyabrda qəbul edilmiş kollektiv özünümüdafiə haqda qanunları xatırladan Şinzo Abe deyib: “Mən yeni vəzifələr nəzərə alınmaqla sizin müxtəlif şəraitdə təhlükəsizliyi təmin etmək üçün hazır olmağınızı istəyirəm”.
Özünümüdafiə qüvvələrinin ölkədən kənarda yerinə yetirəcəyi yeni vəzifələr barədə Baş nazirin fikirlərindən sitat gətirən Kyodo agentliyi yazır: “İstəyirəm ki, müdafiə sahəsində beynəlxalq strateji əməkdaşlığı irəli aparasınız”.
İclasda müdafiə naziri Qen Nakatani, birləşmiş qərargahın rəhbər heyəti, həmçinin dəniz, hava və quru qoşunlarının qərargah rəisləri iştirak ediblər.
Sentyabrda qəbul olunmuş qanunlar paketi Yaponiyaya kollektiv özünümüdafiə hüququ verir ki, bu da ölkə hüdudlarından kənarda hərbi əməliyyatların aparılmasına şərait yaradır. Bunadək Yaponiya konstitusiyaya müvafiq olmadığına görə bu hüquqdan imtina edirdi. Yeni qanunlar ölkənin özünümüdafiə qoşunlarına Yaponiyanın yaxın müttəfiqinə və əhalinin təhlükəsizliyinə təhdidlər yarandığı halda silah tətbiq etmək hüququ da verir. Sənədlər, həmçinin özünümüdafiə qüvvələrindən xaricdə ölkə vətəndaşlarının taleyinə təhlükə yarandığı halda və yapon girovların azad edilməsi məqsədilə istifadəyə də icazə verir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sinzo_Abe_Yaponiya_mudafie_sahesinde_beynelxalq_emekdasliga_hazir_olmalidir-911636

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR