Vergi Məcəlləsinə dəyişikliklərdən sonra da fiziki şəxslər tütün məmulatlarını nağd pulla ala biləcəklər

Vergi Məcəlləsinə dəyişikliklərdən sonra da fiziki şəxslər tütün məmulatlarını nağd pulla ala biləcəklər
17:08 16 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, Ramiz Quliyev, AZƏRTAC
Tütün məmulatlarının xüsusən yaşlı insanlar arasında daha çox istifadə edilməsini nəzərə alaraq, ilkin mərhələdə onun fərdi istehlak üçün alınması zamanı nağdsız alış-veriş qaydası müəyyənləşdirilməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə vergilər nazirinin 1-ci müavini Natiq Əmirov Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu məmulatlar həmişə olduğu kimi, ticarət obyektlərindən nağd pulla alına bilər. Ancaq bu yalnız fiziki şəxslərə aiddir.
Nazir müavini qeyd edib ki, sahibkar tütün məmulatını satmaq üçün alırsa, mütləq qaydada onu nağdsız ödənişlə almalıdır və satış yerində bu məmulatı nağdsız aldığı barədə müvafiq sənədləri olmalıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR