Azərbaycanın energetika naziri “Şərq-Qərb” qaz boru kəmərinin açılış mərasimində iştirak edəcək

Azərbaycanın energetika naziri “Şərq-Qərb” qaz boru kəmərinin açılış mərasimində iştirak edəcək
17:23 16 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycanın energetika naziri Natiq Əliyev Türkmənistanın Balkan vilayətində ölkənin şərq hissəsinin iri qaz yataqlarını onun qərb regionları və Xəzər dənizi sahilləri ilə birləşdirən “Şərq-Qərb” qaz boru kəmərinin dekabrın 23-də keçiriləcək təntənəli açılış mərasimində iştirak edəcək.
Bu barədə AZƏRTAC-a Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, Türkmənistanın Neft-qaz Sənayesi və Mineral Ehtiyatlar naziri Məhəmmədnur Halilov tərəfindən Azərbaycanın Energetika Nazirliyinə ünvanlanan dəvət məktubunda enerji sahəsində iki ölkə arasında əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib. Qeyd olunub ki, bu layihə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun türkmən təbii qazının beynəlxalq bazarlara nəqlinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin təminatı və energetika sahəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi siyasətinin reallaşmasında mühüm rol oynayacaq. Bu baxımdan, “Şərq-Qərb” qaz kəməri dünya energetika məkanında Türkmənistan və onun müttəfiqlərinin birgə maraqlarının uzunmüddətli təminatına xidmət göstərən, beynəlxalq münasibətlərin yeni forma və istiqamətlərinin tapılması perspektivi vəd edən layihə kimi nəzərdən keçirilir. Bu hadisənin əhəmiyyətini nəzərə alaraq Azərbaycanın energetika naziri Natiq Əliyev “Şərq-Qərb” qaz kəmərinin açılış mərasimində iştiraka dəvət edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_energetika_naziri_Serq_Qerb_qaz_boru_kemerinin_achilis_merasiminde_istirak_edecek-911770

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR