Lənkəranın qızlardan ibarət futbol komandası ölkə çempionatında beşinci qələbəsini qazanıb

Lənkəranın qızlardan ibarət futbol komandası ölkə çempionatında beşinci qələbəsini qazanıb
19:43 16 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 16 dekabr, Bağır Əliyev, AZƏRTAC
On üç yaşadək qızlar arasında futbol üzrə Azərbaycan çempionatında lənkəranlı qızlar beşinci qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, ölkə çempionatının birinci dövrəsinin sonuncu - doqquzuncu turunda Lənkəran Uşaq Gənclər İdman Məktəbinin yetirmələri “İnter”lə qarşılaşıb.
Ardıcıl üç məğlubiyyət acısı yaşayan cənublu futbolçular rəqibini 2:1 hesabı ilə məğlub edib.
Bununla da xallarının sayını 15-ə çatdıran Xalid Ağayevin yetirmələri beşinci pillədəki mövqeyini qoruyub saxlayıb.
On üç yaşadək qızlar arasında futbol üzrə Azərbaycan çempionatının birinci dövrəsində lənkəranlı qızlar keçirdikləri 9 oyundan 5-də qələbə qazanıb, rəqib komandaların qapısından 31 top keçirdiyi halda, öz qapısından 12 top buraxıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranin_qizlardan_ibaret_futbol_komandasi_olke_chempionatinda_besinci_qelebesini_qazanib-911870

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR