FİFA-nın ətrafında cərəyan edən korrupsiya qalmaqalında fiqurlardan biri Braziliya Futbol Federasiyasının prezidenti Marko Polo del Nerodur. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Pele və Ziko da daxil olmaq 125 braziliyalı məşhur Del Neronun istefasını tələb edən məktiba imza atıb.
"Biz baş prokuroru , federal polisi və vergi xidmətini koppursiya ilə məşğul olan və ya Braziliya futbolunu parçalamaq istəyənləri cəzasız buraxmamağa çağırırıq" - məktubda deyilir.
Qeyd edək ki, Del Neronun sələfi Xose Mariya Marin də məhz bu ittiham əsasında həbs olunub. Eyni zamanda 1989-2012-ci illərdə Braziliya Futbol Federasiyasına rəhbərlik etmiş Rikardo Teyşeyraya qarşı da analoji ittiham irəli sürülüb.
Milli.Az