Nəşrin məlumatına əsasən, pentaqon rəhbəri ən azı iki ay şəxsi poçtundan istifadə edib.
Qayda pozuntusu barədə Ağ Ev xəbər tutduqdan sonra aparat rəhbəri Dennis Makdono Pentaqondan Karterin niyə şəxsi "e-mail"ini istifadə etməsiylə bağlı izahat tələb edib.
Xatırladaq ki, 2012-ci ildə Müdafiə Nazirliyi rütbəsi, vəzifəsi və mövqeyindən asılı olmayaraq, bütün əməkdaşlarına dövlət xidməti ehtiyaclarına görə şəxsi elektron poçtundan istifadəni qadağan edən qərar qəbul edib.