"Company of the Year" milli mükafatının növbəti təqdimat mərasimi keçirildi - FOTO

"Company of the Year" milli mükafatının növbəti təqdimat mərasimi keçirildi - FOTO
13:32 17 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

"Company of the Year" milli mükafatının 2015-ci ilin yekunları üzrə laureatları dekabrın 16-da Jumeirah Bilgah Beach mehmanxanasında keçirilən təntənəli təqdimat mərasimində elan olundular.

Təqdimat mərasimini ənənəvi olaraq giriş nitqi ilə "Company of the Year" mükafatının Təşkilat Komitəsinin rəhbəri cənab İbrahim Baharov açdı:

"Bu il bizim yaddaşımızda ciddi iqtisadi təlatümlərlə qaldı. Devalvasiya, neftin qiymətinin kəskin ucuzlaşması, ölkəmizə qarşı siyasi təxribatlar və sair. Lakin dünya iqdisadiyyatındakı bu çətinliklərə və asan olmayan geosiyasi vəziyyətə baxmayaraq, ümumilikdə Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxladı və davamlı inkişafı dəstəklədi. Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi olaraq, Azərbaycan Davos İqtisadi Forumunun Qlobal Rəqabət qabiliyyəti reytinqi üzrə dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındadır. Bu reytinq həm də qlobal rəqabətə davamlılıq əmsalına görə post sovet məkanında Azərbaycanın birinci olduğunu göstərir. İqtisadi kursun uğurlu nəticələrindən biri də ölkə iqtisadiyyatına 16 milyard dollar həcmində investisiyanın cəlb olunmasıdır. Həmçinin Azərbaycanın dünya miqyasında böyük uğurunu da mütləq vurğulamaq lazımdır. Əlbəttə ki, bu, birinci Avropa Oyunlarının Bakıda yüksək səviyyədə keçirilməsidir. Bu möhtəşəm hadisə müstəqil, müasir, inkişaf edən Azərbaycanın nəyə qadir olduğunu bir daha sübut etdi. Biz əminik ki, ölkəmizdə keçiriləcək digər idman tədbirləri də Azərbaycanın iqtisadi inkişafına dəstək olacaq və dünyada ölkəmizə olan marağı daha da yüksəldəcək.

Bu gün bu zalda toplaşan laureatlar sahibkarlıq fəaliyyətində yüksək nailiyyətləri ilə seçilən, qüsursuz işgüzar nüfuza malik olan, sosial və xeyriyyə proqramlarında iştirakı ilə seçilən biznes nümayəndələridirlər. Belə korporasiya və şirkətlərin olması uğurlu milli biznesin davamlı inkişafına əminlik yaradır. Qarşıda çətin, gərgin, eyni zamanda ölkəmiz üçün əhəmiyyətli hadisələr gözlənilir və bizim hər birimizdən öz işimizdə böyük səy və əmək tələb olunur. Hər birinizə uğurlar arzulayıram.

Qeyd edək ki, "Company of the Year" mükafatına 23 laureat - biznes sferasında 22 və bir xüsusi nominasiyada, layiq görülüblər.

"Company of the Year" mükafatı 2006-cı ildə nüfuzlu Consulting&Business jurnalı tərəfindən təsis olunub və hər il təqdim olunur.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR