"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi illik mətbuat konfransında deyib.
V.Putin ölkənin ərazi bütövlüyünün pozulmasına görə günahın tamamilə o vaxtkı prezident M.Saakaşvilinin simasında Gürcüstan rəhbərliyinin üzərinə düşdüyünü söyləyib.
O qeyd edib ki, ərazi bütövlüyü məsələsini üç tərəf - Gürcüstan, Cənubi Osetiya və Abxaziya həll etməlidir və Moskva istənilən qərarı qəbul etməyə hazırdır.