Mərhum jurnalistin oğlu məhkəmə zalından azadlığa buraxılıb

Mərhum jurnalistin oğlu məhkəmə zalından azadlığa buraxılıb
16:59 17 Dekabr 2015
32 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sadıqov Tural Mahal oğlunun cinayət işi üzrə məhkəməsi başa çatıb.
"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə T.Sadıqov bəraət alıb. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Bakı şəhər sakini Sadıqov Tural Mahal oğlu etibardan sui-istifadə və ya aldatma yolu ilə, Bakı şəhəri, Nərimanov rayonu ərazisində tikinti materialları satan Yolciyev Seymur Abbasəli oğlu və Qulamov Qəhrəman Əhliman oğlundan ayrı-ayrılıqda 2012-ci ilin may-dekabr ayları ərzində hissə-hissə, ümumilikdə cəmi 308 min manat dəyərində müxtəlif tikinti materiallarını nisyə alıb, pulunu ödəməyərək həmin şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunub.
Dələduzluqda ittiham olunan Sadıqov Tural Mahal oğlu mərhum jurnalist Mahal İsmayiloğlunun oğludur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR