Qarışıq döyüş növləri üzrə Naxçıvan çempionatında 80 idmançı iştirak edir

Qarışıq döyüş növləri üzrə Naxçıvan çempionatında 80 idmançı iştirak edir
17:15 17 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 17 dekabr, Tural Kəngərli, AZƏRTAC
Dekabrın 17-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Azərbaycan MMA Liqasının, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının birgə təşkilatçılığı ilə MMA (qarışıq döyüş növləri) üzrə Naxçıvan çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, çempionatda 7 çəki dərəcəsində 80 idmançı iştirak edir.
Çempionatın keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının yığma komandasını formalaşdırmaq və Naxçıvan idmançılarının da müvafiq lisenziyalar qazanaraq respublikamızın yığma komandası tərkibində beynəlxalq yarışlarda, o cümlədən 2016-cı ildə Las-Veqasda keçiriləcək dünya çempionatında iştirakına nail olmaqdır.
Çempionatın final görüşləri dekabrın 18-də keçiriləcək.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR